İranda 4232 nəfər koronavirusdan ölüb
10.04.2020

İranda son sutka ərzində daha 122 nəfər koronavirusdan vəfat edib.

Visiontv.az xəbər verir ki, bunu İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyinin mətbuat xidmətinin rəhbəri Kiyanuş Cahanpur deyib.

Onun sözlərinə görə, bununla da İranda koronavirusdan ölənlərin sayı 4232 nəfərə çatıb.

 

K. Cahanpur bildirib ki, ötən sutka ərzində daha 1 972 nəfər koronavirusa yoluxub, ümumilikdə İranda bu virusa yoluxanların sayı 68 192 nəfərə çatıb.

O qeyd edib ki, 3 969 nəfərin vəziyyəti ağırdır, indiyə kimi isə 35 465 nəfər sağalıb.

APA