İranda 1 ildə 1500-dən çox məhbus edam edilib
13.10.2025

2024-cü ilin 10 oktyabrından 2025-ci ilin 8 oktyabrına kimi olan 1 il ərzində İran həbsxanalarında 1537 məhbus edam edilib.

Bununla bağlı İran İnsan haqları Təşkilatı məlumat yayıb.

Bildirilib ki, bu ondan əvvəlki illə müqayisədə 86% çoxdur.

Məlumata görə edamların 94%-i gizli şəkildə həyata keçirilib.

Qeyd olunan müddət ərzində 3 yetkinlik yaşına çatmamış məhbus və 49 qadın dar ağacından asılıb və 8 məhbus isə ictimaiyyətin gözü qarşısında edam edilib.

Edamların 48-3 faizi narkotik maddə cinayətləri, 43.5-i isə adam öldürməklə bağlı olub.

Ən çox edam hökmünün icra olunduğu 3 əyalət isə sıra ilə Alburz, İsfahan və Fars əyalətləridir.

Qeyd edək kİ, 2025-ci ilin əvvəlindən bu günə kimi kimliyi dəqiqləşdirilən edam edilənlərin sayı 1106 nəfərə çatıb, onlardan 30-u qadındır.

visiontv.az