"İran tərəfi ilə Zəngəzur dəhlizinin inkişaf etdirilməsi istiqamətində hansısa irəliləyiş yoxdur"
06.02.2023

Anlaşma memorandumu olmasına baxmayaraq, İran tərəfi ilə indiki məqamda Zəngəzur dəhlizinin inkişaf etdirilməsi istiqamətində hansısa irəliləyiş yoxdur.

Visiontv.az xəbər verir ki, bunu Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadə mətbuat brifinqində deyib.

“Şübhəsiz, ikitərəfli münasibətlərdə bu mənfi çalarların olması digər istiqamətlərdə, o cümlədən nəqliyyat, iqtisadiyyat məsələlərinə də öz təsirini göstərir” – o, qeyd edib.

APA