İran, Şimali, Türkiyə isə Cənubi Koreya və Yaponya ilə birgə hərbi sənaye yaradır
İran, Şimali, Türkiyə isə Cənubi Koreya və Yaponya ilə birgə hərbi sənaye yaradır
24.11.2022 MEDİA Tərəfindən

Quzey Koreya ilə hərbi əməkdaşlıq tellləri, İran hərbi doktrina zəncirinin ən vacib gizli halqasıdır.

Tehran, 50 ildın çoxdu xam neft ötürür Koreyaya. Özü də, bazar qiymətlərindən dəfələrələ ucuz satır bu yanacağı Pxenyana.

Əvəzində ən müasir raket, sualtı qayıq, dron texnologiyalarına çıxış qazanır. İran dalğıcları Xəzər, Fars körfəzi sahillərində məhz Quzey Koreya mütəxəssisləri tərəfindən yetişdirilir.

İran ilə Koreyanın uzaqvuran raketləri təxminən eynidir. Müəlliflik haqları da. Koreyanın “Nadonq-1”, “Tepxedon”, “Inxa”, “Xvason” ballastik raketlərinin mütləq bir İran oxşarı da var. İranda bu raketlərə “Zülfüqar” və s. islami adlar qondarsalar da xeyri yoxdu...süngünü necə deyərlər çuvalda gizlətməzlər. İran raketləri bəli, Koreya raketlərinin siğə qardaşlarıdır, vəssəlam.

Sınaq atışlarını da hər iki dövlət birgə həyata keçirilir, biləsiz.

İran atom dosyesinin də, necə deyərlər iki adaxlısı var. Bu vacib əməkdaşlıq xəttində İran üzdə, hə, guya Rusiya ilə əməkdaşlıq edərək göz aldadır əslində.

Üzdə, mənzərə belədi, astarda isə Koreya ilə əsl, ciddi əməkdaşlıq sərgilənir. Əsl atom sınaqlarını da məhz Quzey Koreya ilə birgə realaşdırır. İranda bütün bu gizli əməkdaşlığa “Əl Qüds” xüsusi təyinatlıları cavabdehdirlər. Başqalarının heç kölgəsi belə düşə bilməz bu mövzunun üzərinə.

Quzey Koreyanın “Yeno” sualtı qayığını iranlılar dəyişib adını “Qadir” qoyublar.

Qısası, İran-Rusiya hərbi əməkdaşlıq mövzusu daha çox aldadıcıdır. Əsl hərbi əməkdaşlıq Koreya trendindədir. İran dronları da Koreya ilə birgə hazırlanıb.

Türklər, rəsmi Ankara buna öz qarşılığını bir başqa cür etdi-Pxenyanın acığına Seulla, yəni Güney Koreya ilə hərbi əməkdaşlığa getdi.

Yaponiyanın da burda öz maraqları var. O da öz hərbi doktrinasını gizlincə Türkiyə ilə birgə həyata keçirir.

Deyilənlərə görə Türk hərbi sənayesinin bir çox yenilikləri məhz bu birgə əməkdaşlığın nəticəsidir.

Hətta bəzi türk silahlarının üzərində gizli Yapon rəmzləri də müşahidə olunmaqdadır.

Qısaca, samuraylar öz qılınclarını biz türklərə ötürüblər.

Şimali Koreyalılar isə iranlılara...

Bu hərbi yarışmada İran ilə Türkiyə amansız qarşıdurmadadırlar.

Tehranın "358" adlı uzaqvuran zenit raketindən danışmaq istəyiriksə, gərək burda ayrıca abzas açım.

Deyilənlərə görə bu raketlə ABŞ-ın Əfqanistan səmasında bir neçə təyyarəsi vurulub.

Ancaq Yəməndə bu raketi MKİ oğurlayıb deyə, gələcək taleyi dumanlıdır azcana.

Müzakirəyə çıxartdığım bu mövzu, uzun zaman dünya mətbuatının diqqətindən kənarda qalmışdı.

Ancaq 2019-cu ilin 25 noyabr tarixində Yəmən sahillərində İranın bir gizli yük gəmisi saxlanılır. Gəmini həbs edən ABŞ-a məxsus "Forest Şerman" esminits gəmisi, bununla da öz adını qızıl həriflərlə dünya kəşfiyyat tarixi salnaməsinə həkk edir.

Gəminin alt göyərtəsindən çıxan raketlər, dronların hamısı çox müasir idi, həm də çox məxfi.

İçərilərində bayaq dediyim o məşhur "358" adlı zenit raketləri, "Hood" torpedosu və s. və ilaxır silahları da vardı.

Deyilənlərə görə Qasim Süleymani qətlinin müəllifi, MKİ zabiti Maykl de Andrea da, bu raketdən yaxasını qurtara bilməiyb.

28 yanvar 2020-ci ildə, Əfqan səmasında, bu raket qəfil ABŞ-a məxsus Bombardier E-11 təyyarəsinə çırpılır.

Nəticədə içindəkilər, o cümlədən "Ayatullah Maykl" kimi tanınan Maykl de Andrea dünyasını dəyişir.

Həmid Herisçi

visiontv.az