İran Səhiyyə nazirinin müavini koronavirusa yoluxdu
25.02.2020

İran səhiyyə nazirinin müavini İrəc Hərirçinin koronavirusa yoluxduğu açıqlanıb.

Visiontv.az xəbər verir ki, nazir müavinindən götürülmüş nümunələr üzərində aparılan testlərin nəticəsi müsbət olub.

16 nəfərin koronavirusdan öldüyü İranda bu məlumat şok effekti yaradıb. 

İrəc Hərirçidə müşahidə olunan simptomların "Covid-19" virusu olduğu aşkarlanıb. 

BAKU.WS