İran səfirliyi Norduz ərazisindən Ermənistana silah daşınması barədə xəbərlərlə bağlı açıqlama yayıb
07.09.2020

İran İslam Respublikasının Azərbaycandakı səfirliyi İran ərazisindən Rusiyaya məxsus silah və hərbi texnikanın Ermənistana daşınması haqqında yayılan xəbərlərlə bağlı açıqlama yayıb.

Səfirlikdən Visiontv.az-a daxil olan açıqlamada xəbərlər təkzib olunub: “Bəzi KİV-lərdə İran İslam Respublikasının Norduz sərhəd keçid məntəqəsindən Rusiyaya məxsus silah və hərbi texnikanın Ermənistana daşınması haqqında yayılan xəbərləri nəzərə alaraq bildirmək istərdik ki, bu xəbərlər yalan və əsassızdır. Bu xəbərlər iki ölkə arasındakı inkişafda olan dostluq və əməkdaşlıq münasibətlərini ləkələmək məqsədilə hazırlanmışdır və qətiyyən doğru deyil”.

Qeyd edək ki, İranın Norduz sərhəd keçid məntəqəsindən Rusiyaya məxsus silah və hərbi texnikanın Ermənistana daşınması barədə məlumat yayılıb.