İran səfirliyi bizi ittiham etməkdənsə qonşuluq prinsiplərinə riayət etsin-politoloq Məhəmmdə Əsədullazadə
07.09.2020

Rusiyadan Ermənistana göndərilən silahların İran ərazisindən daşınması, hətta bu daşınmanın İranin özü həyata keçirməsi barədə yazımdan sonra, İran səfirliyi açıqlama yayaraq bele bir faktın olmadığını qeyd etdi. Bunu yazanların iki ölkə arasında əməkdaşlığa zərbə vurduğunu qeyd edib. İran səfirliyinə bildirmək istəyirəm ki, ortada şəkillər var və işğalçıya silah daşımaqla bu əməkdaşlığa zərbəni siz vurusuz.

Bir neçə ay bundan əvvəl İrandan Qarabağa benzin daşınması video ilə üzə çıxdı. İran tərəfi real video görüntunü təkzib etdi. Göründüyü kimi, bir başa İran Azərbaycana qarşı işğalçıya dəstək verir. Buradakı səfirlik isə bizi ittiham edir. İttiham edilən tərəf varsa, oda İrandır. Həmçinin səfiliyi duyarlı və Azərbaycana qarşı ölkəsinin qonşuluq prinsiplərinə üstünlük verməsinə cağırıram.

Visiontv.az