İran səfiri Türkiyə XİN-ə çağırılıb
28.02.2021

İranın Türkiyədəki səfiri Məhəmməd Ferazmend Türkiyə Xarici İşlər Nazirliyinə (XİN) çağırılıb.

Visiontv.az-ın Anadolu agentliyinə istinadən verdiyi məlumata görə, buna dünən İranın İrandakı səfiri İrac Mescidinin Türkiyənin İraqın suverenliyini pozmaqda ittiham etməsi, Türkiyəni İraqdakı qoşunlarını çıxarmağa çağırması olub. 

Türkiyə XİN-də səfir M. Ferazmendə bildirilib ki, Ankara Tehrandan terrorizmlə mübarizəyə qarşı çıxmaq deyil, terrorizmlə mübarizədə dəstək gözləyir.