İran Prezidenti Latın Amerikası ölkələrinə səfər edəcək
07.06.2023

İran Prezidenti İbrahim Rəisi iyunun 11-də Venesuela, Nikaraqua və Kubaya səfər edəcək.

Visiontv.az Apa- ya əsasən xəbər verir ki, bu barədə ISNA məlumat yayıb.

Rəisinin Latın Amerikası regionuna səfəri zamanı İran və üç ölkə arasında qarşılıqlı əlaqələrin genişləndirilməsi məqsədilə müxtəlif sahələrdə əməkdaşlığa dair bir neçə sənəd imzalanacaq.