İran parlamentinin sədri koronavirusa yoluxub
28.10.2020

İran parlamentinin sədri Məhəmməd Bağır Qalibaf koronavirusa yoluxub.

Visiontv.az-ın İSNA-ya istinadən verdiyi məlumatına görə, bu barədə spiker özü bildirib.

“Parlament Aparatının əməkdaşlarından biri koronavirusa yoluxmuşdu. Gecəyarısı isə mənim testimin nəticələri bəlli oldu. Nərticə pozitivdir”, - deyə o bildirib.

Hazırda karantinə alınan Qalibaf vəzifəsinin icrasını davam etdirmək niyyətində olduğunu deyib.