İran özünü çox impulsiv və hətta bir qədər həyasız aparır - Qulu Məhərrəmli
23.09.2021

Son günlərdə Azərbaycana münasibətdə İRAN özünü çox impulsiv və hətta bir qədər həyasız aparır. NİYƏ? O səbəbdən ki:

-Azərbaycanın Qarabağ savaşındakı uğurunu həzm edə bilmir;

-açıq dəstək verdiyi Yerevanın uduzmağından məyusdur;

-müsəlman dövlətləri kimi Türkiyə və Pakistanın bölgədə artan nüfuzundan narahatdır;

-Rusiyanın “Zəngəzur dəhlizi”nin açılmasına tərəfdar olmasından qorxur;

-özünün riyakar “islam həmrəyliyi” siyasətinin ifşa olunmasından, Azərbaycandakı “5-ci kolon”unun seyrəlməsindən pəjmürdədir;

-Ərdoğan-Putin görüşündən (Soçi, 29 sentyabr) və ümumən Rusiya-Türkiyə işbirliyindən ehtiyatlanır;

-Türkiyə və Ermənistan arasında yaxınlaşmanı özü üçün fəlakət sayır və s.

P.S. İranın hərbi təlimlərinə cavab olaraq Türkiyə sərhədə xeyli qoşun, hərbi texnika, o cümlədən pilotsuz uçuş aparatları (PUA, “Bayraktar” və s.) yığıb.

Tehranda və Təbrizdə isə İranın Ermənistana dəstəyinə qarşı kütləvi etirazlar başlayıb…

Visiontv.az