İntihara cəhd edən feminist qızın vəziyyəti ağırdır - XƏSTƏXANA GÖRÜNTÜLƏRİ
10.03.2020

İntihara cəhd edən feminist Aysel Ələkbərzadənin vəziyyəti ağırdır.

Visiontv.az xəbər verir ki, Ayselin yaxın dostu olan jurnalist Nurlan Cəfərinin BAKU.WS-ə verdiyi məlumata görə, hazırda 1 saylı Kliniki Tibbi Mərkəzin reanimasiya şöbəsində müalicə alan xəstənin beyninə qan sızıb:

"Sol ayağında sınıq var və yerə düşərkən beyin damarlarından birinin partlaması nəticəsində beyinə qan sızıb. Vəziyyəti çox ağırdır. Son və dəqiq diaqnoz budur. Gecə səhərəcən danışa bilməsə də, səhərə yaxın çox çətinliklə bir iki kəlmə danışa bildi".

Qeyd edək ki, bu gün Bakıda feministlərin aksiyası zamanı qalmaqallı plakatı ilə gündəmə gələn feminist Aysel Ələkbərzadənin özünü binadan ataraq intihara cəhd etməsi barədə məlumat vermişdik.