İntellektual maşennikliyin bir detalı-yazıçı Şərif Ağayar
07.06.2020

İntellektual maşennikliyin bir detalını da deyim: hamı yaxşıdı, biz pisik! Sətiraltı ismarış da budur ki, mən bu məsələni bildiyim üçün pislərdən deyiləm!

Azərbaycanı küçümsəyən, şairinə, yazıçısına həqarətlə baxan həmişə ən istedadsız adamlar olub. Ümumiyyətlə, istedadsızlıq və mənəvi qısırlıq inkar meyllidir. İstedadlı adamlar konkret problemlərdən danışıblar və kontekst bundan ibarət olub ki, bizim üzləşdiyimiz problemlər ABŞ-da da olsa, eyni vəziyyətə düşərdilər...