"İlin sonunadək Azərbaycan qazı Macarıstana və Serbiyaya çata bilər"
31.05.2023

Azərbaycan hazırda Bolqarıstan vasitəsilə Avropanın digər ölkələrinə təbii qaz tədarükü imkanlarını qiymətləndirir.

Visiontv.az APA-ya istinadən xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Bakı Enerji Həftəsi çərçivəsində 28-ci Beynəlxalq Xəzər Neft və Qaz Sərgisinin rəsmi açılış mərasimində çıxışı zamanı bildirib.

“Əminəm ki, biz tezliklə qonşu ölkələrə tədarükə başlayacağıq. Rumıniya artıq bizim əməkdaşlıq formatımızın bir hissəsidir. Hər şey plana uyğun gedərsə, bütün planlaşdırılmış interkonnektorlar vaxtında tikilərsə, ilin sonunadək bizim qazımız Macarıstana və Serbiyaya çata bilər”, - Prezident İlham Əliyev vurğulayıb.