İlham Əliyev Vyetnam şirkətlərini Qarabağa dəvət etdi
07.02.2023

Azərbaycanın işğaldan azad olunmuş ərazilərində bərpa-quruculuq layihələrinin həyata keçirilməsində Vyetnam şirkətlərinin də iştirakı mümkündür.

Visiontv.az Modern.az - a istinadən xəbər verir ki, bunu Vyetnamın ölkəmizdə yeni təyin olunan səfiri Danq Min Xoyun etimadnaməsini qəbul edərkən Prezident İlham Əliyev deyib.

Dövlət başçısı həmin şirkətləri bərpa-quruculuq işlərində iştiraka dəvət edib.