İlham Əliyev və Paşinyan Brüsselə üstünlük verir, Qarabağ erməniləri və Rusiya isə...
İlham Əliyev və Paşinyan Brüsselə üstünlük verir, Qarabağ erməniləri və Rusiya isə...
01.06.2022 Elbəyi Həsənli Tərəfindən

44 günlük müharibə 2020-ci ilin 9 noyabrında imzalanmış “Dağlıq Qarabağ atəşkəs bəyanatı” adlı sənədlə başa çatdı. Sənədin altında Vladimir Putin, Nikol Paşinyan və İlham Əliyevin imzası var. Heç şübhəsiz ki, 3 tərəfin ortaya qoyduğu bu sənəd həm də Cənubi Qafqazda Rusiyanın dominant rolunun təsdiqi idi. Dağlıq Qarabağa Rusiya “sülhməramlıları”nın yeridilməsi isə Rusiyanın yenidən Azərbaycana hərbi dönüşünü rəsmiləşdirdi...

Uzun müddət Azərbaycanla Erməistan arasındakı danışqlar Rusiya müstəvisində aparıldı. 2021-ci ilin iyununda isə ABŞ Gürcüstan üzərindən danışıqların gedişinə müdaxilə etdi. Minalanmış sahələrin xəritəsi müqabilində Azərbaycan Ermənistana 15 hərbi əsir qaytardı.

Siyasi analitiklər hesab edirdi ki, ABŞ Cənubi Qafqazda təşəbbüsü ələ almağa, Rusiyanı bölgədən sıxışdırıb çıxarmağa cəhd edəcək. Ancaq belə olmadı. ABŞ bu missiyanı Avropa Birliyinə həvalə etdi. Artıq Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel Brüsseldə Ermənistan və Azərbaycan rəhbərliyi arasında üç görüş kəçirib. Avqusta qədər dördüncü görüşün baş tutacağı gözlənilir.

Bu məsələdə Azərbaycan üçün önəmli olan nədir? Qatı ermənipərəst mövqeyi ilə seçilən ATƏT-ın Minsk Qrupu danışıqlar prosesindən kənarda qaldı. Düzdür, ermənilər hələ də təkidlə Minsk Qrupuna canlandırmağa çalışırlar. Ancaq danışqların yenidən Minsk Qrupu platformasına transfer olacağı inandırıcı görünmür...

Brüssel danışqlarına münasibət necədir? Azərbaycan bu danışqların nəticəsindən razıdır. Ermənistan qismən razıdır. Rusiya isə Brüsselə birbaşa olmasa da etiraz edir. Yazdınızdadırsa, Rusiya Xarici İşlər Nazirliyinin mətbuat katibi Mariya Zaxarova rəsmi Brüsseli “geopolitik oyunlar”dan kənarda qalmağı tövsiyyə etmişdi. Dağlıq Qarabağ erməniləri də Brüssel görüşlərinə etiraz edir. Niyə? Çünki rəsmi Brüssel Şarl Mişelin dili ilə Qarabağ ermənilərini “etnik azlıq” adlandırdı. Bu isə o demıkdir ki, Qarabağ ermənilərinin nəyinki müstəqil dövləti ola bilməz, Qarabağ ermənilərinə hər hansı bir muxtariyyatın verilməsi də ciddi şübhə doğurur...

Elə bu səbəbdən də Qarabağ erməniləri Brüssel paltformasına qarşı çıxır. Onlar həm də rəsmi İrəvana qarşı etiraz edirlər. Əvəzində Rusiyadan bərk yapışıblar. Hesab edirlər ki, Ermənistanla Azərbaycan Rusiya müstəvisində danışqları davam etdirməlidir. Niyə? Çünki Moskva müstəvisi Qarabağ ermənilərinə daha çox şey vəd edir...

Aydındır ki, həm Ermənistan, həm də Azərbaycan Moskva ilə Brüssel arasıda manevr etmək zorundadır. O da şübhə doğurmur ki, hər iki ölkə üçün Brüssel müstəvisi daha məqbuldur. Xüsusən Azərbaycan üçün. Niyə? Çünki Rusiya-Qərb qarşıdurması fonunda Azərbaycanın geopolitik çəkisi əhəmiyyətli dərəcədə artır. Rusiyanın enerji asılılığından qurtulmağa çalışan Qərb üçün Azərbaycan vazkeçilməz tərəfə çevrilir. Bu da Ermənistan Azərbaycan danışqlarında rəsmi Brüsseli rəsmi Bakının tələblərinə daha həssas yanaşmağa sövq edir...

Nikol Paşinyan hökuməti isə Brüsseldən daha çox maddi dəstək qoparmağa (söhbət 3 milyard dollardan gedir) ümid edir. Yaxşı bilir ki, Rusiyanın İrəvana maddi dəstək vermək imkanları çoxdan tükənib...

Elbəyi Həsənli

visiontv.az