İlham Əliyev icra başçısını işdən çıxardı - SƏRƏNCAM
20.11.2019

Prezident İlham Əliyev Rafil Hüseynovun Masallı Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilməsi haqqında sərəncam imzalayıb.

Visiontv.az-ın verdiyi məlumata görə, sərəncama əsasən, Rafil İsrafil oğlu Hüseynov Masallı Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib.

Digər bir sərəncamla Rafil İsrafil oğlu Hüseynov Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.