İki uşaq "Əbədi məşəl" abidəsinə od vurub qaçdı - VİDEO
13.06.2019

 

Rusiyanın Sverdlovsk vilayətinin Serov şəhərində iki uşaq Əbədi məşəl abidəsinin gül çələnglərini yandırıb.
İnsident iyunun 11-də axşam saatlarında baş verib.
Belə ki, iki uşaq Böyük Vətən müharibəsindəki tarixi qələbə şərəfinə ucaldılmış memorialın yaxınlığında oynayırdı. Uşaqlar gül çələngindən bir budaqı götürüb yandırıb, daha sonra isə həmin yanan budaqı digərlərinin üstünə atıb qaçıb. Güllərin alışması nəticəsində yanğın başlayıb.
Hadisə yerinə gələn yanğınsöndürənlər alovu qısa vaxt ərzində söndürüb. Hüquq mühafizə orqanları işçilərinin həyata keçirdiyi axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən iki şəxs saxlanılıb.
Məlumata görə, hər iki uşağın valideynlərinə qarşı Rusiya Federasiyasının İnzibati Xətalar Məcəlləsinə əsasən inzibati iş açılacaq.