İctimai Şuranın üzvləri Gəncə regional miqrasiya idarəsində olublar
21.06.2021

Monitorinqin keçirilməsi məqsədilə Gəncə bölgəsinə səfər edən Dövlət Miqrasiya Xidməti yanında İctimai Şuranın üzvləri Dövlət Miqrasiya Xidmətinin Gəncə regional miqrasiya idarəsində olublar.

Visiontv.az xəbər verir ki, bu barədə Dövlət Miqrasiya Xidməti yanında İctimai Şuranın və "Avrasiya Miqrasiya Təşəbbüsləri Platforması" İctimai Birliyinin sədri Azər Allahverənov məlumat verib.

İdarənin fəaliyyəti ilə yaxından tanış olan Şura üzvlərinə bu bölgədə miqrasiya sahəsində həyata keçirilən dövlət siyasəti barədə məlumat verilib, hədəf qrupları olan miqrantlara göstərilən xidmətlər haqqında danışılıb.

Geniş müzakirə şəraitində təşkil olunan görüşdə İctimai Şura ilə Gəncə regional miqrasiya idarəsi arasında əməkdaşlıq əlaqələrinin perspektivləri müzakirə olunub, bu prosesdə vətəndaş cəmiyyəti institutlarının rolu nəzərdən keçirilib.