İctimai Şuranın seçkidən sonrakı ilk iclası keçirilib
06.11.2024

Noyabrın 6-da Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında İctimai Şuranın seçkilərdən sonra ilk iclası keçirilib.

İclasda təşkilati məsələlər müzakirə edilib və nəticədə Siruz Abasbəyli İctimai Şuranın sədri, Qalib Qurbanov və Fərhad Eyyubov sədrin müavinləri, Elnarə Məhərrəmova isə şuranın katibi seçiliblər.

Bundan başqa şuraya yeni seçilən üzvlər AİKTSA sədri Elvin Abbasov və Rauf Ağamirzəyev şura üzvlərinə özləri və məşgul oldugu işləri barədə ətraflı məlumat veriblər. 

İctimai Şura iclasda iş planını ətraflı müzakirə edib. Qaldırılan sual və təkliflər iclasın protokoluna daxil edilib və bəzi məsələlərin Nazirliyin rəhbərliyinə çatdırılması qərara alınıb.

Visiontv.az