Hökumətin ərzaq təminatı sahəsində “qırmızı xətt”ləri açıqlanıb
21.01.2022

Nazirlər Kabinetində keçirilmiş Hökumətin iclasında Baş nazir Əli Əsədovun yekun nitqində səsləndirilmiş, əsas ərzaq məhsulları, xüsusilə də taxıl ilə təminat sahəsində verilmiş tapşırıqlarla bağlı baza prinsipləri açıqlanıb.

Nazirlər Kabinetinin mətbuat xidmətindən Visiontv.az-a verilən məlumata görə, baza prinsiplərində iki qırmızı xətt müəyyənləşdirilib.

Bunlardan birincisi, süni qiymət artımına yol verməmək, ikincisi, sahibkarların marjasının təmin olunmasıdır.