Hizbullah komandirləri qorxudan estetik cərahiyyə elətdiriblər
13.11.2025

Lübnandakı "Hzbullah" terror təşkilatının bir neçə komandiri İsrailin hücumlarından qorunmaq və tanınmamaq üçün estetik cərahiyyə elətdirib və üzlərini dəyişdiriblər.

Bununla bağlı "Əlhəds" telekanalı məlumat yayıb.

Kanalın məlumatına görə, əvvəllər hədəfə alınan onlarla yüksək vəzifəli Hizbullah rəsmisi İran və İraqda İnqilab Keşikçilərinin nəzarəti altında üz plastik əməliyyatı keçirib.

Bildirilib ki, əməliyyat olunan şəxslər İsrail və yəhudilərə qarşı terror əməliyyatları təşkil etdiklərinə görə İsrail hökumətinin qara siyahısına düşüblər və onların aradan götürülməsi üçün göstəriş verilib.

visiontv.az