Hindistan ordusu yapdlanetli gəmini vurdu-ŞOK VİDEO
10.10.2019

İnsident bir neçə gün əvvəl Racastxan ştatının Barmer rayonunda, Pakistanla sərhəd yaxınlığında baş verib.

İnternetdə Hindistan Hərbi Hava Qüvvələrinə məxsus qırıcıların UNO vurması barədə video çarx yayılıb. 

VisionTV.az-ın məlumatına görə, insident bir neçə gün əvvəl Racastxan ştatının Barmer rayonunda, Pakistanla sərhəd yaxınlığında baş verib.
Hindistan ordusuna məxsus radarlar naməlum aparat qeydə alıblar. Hərbçilər aparatla əlaqə qurmağa çalışsalar da, şarabənzər obyekt siqnallara reaksiya verməyib. Bu səbəbdən Hindistan Hərbi Hava Qüvvələrinə məxsus "Su-30" qırıcısı havaya qalxaraq sözügedən obyekti vurub.
Hərbçilərin nümayəndəsi məsələ ilə bağlı deyib:
"Səhər 10:30 ilə 11:00 radələri arasında Hindistan Hərbi Hava Qüvvələrinin radarları tərəfindən şarabənzər, işıqsaçan obyekt müşahidə edilib. Həyəcan siqnalı ilə havaya qalxan qırıcı ona atəş açıb. Obeyktin qalıqları artıq tapılıb. Hazırda araşdırmalar aparılır. Bu nə meteroloji, nə də digər məqsədlər üçün istifadə edilən zond idi".
Hazırda UNO-nun düşdüyü ərazi hüquq-mühafizə orqanları tərəfindən qorunur və ərazidə araşdırma aparılır. Polisdən bildirilib ki, hadisə yerindən 5 ədəd qəribə, üçbucaq formalı, naməlum metaldan hazırlanan qalıqlar tapılıb.