Hidrogenlə işləyən təyyarə hazırlanıb
07.12.2021

Böyük Britaniya Aerokosmik Texnologiyaları İnstitutunda (ATI) hidrogenlə işləyən sərnişin təyyarəsi ixtira olunub.

Visiontv.az xəbər verir ki, hava nəqliyyatında karbon emissiyasını azaltmağı hədəfləyən və 15 milyon funt vəsaitin ayrıldığı “Fly Zero” proqramı çərçivəsində ərsəyə gətirilən təyyarənin qanad uzunluğu 54 metrdir. İki ədəd havalandırma mühərrikilə təchiz olunan təyyarənin hidrogen yanacağının mənfi 250 dərəcəyədək dondurulmuş halda saxlanacağı iki çəni də olacaq.

Təyyarə 279 sərnişin daşıya biləcək.