Heydər Əliyevin 21 il əvvəl Prezident təqaüdü verdiyi tələbə indi DTX-nın generalıdır
Videonu Aç
14.03.2023

Azərbaycan Respublikasında 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi ilə bağlı Dövlət İmtahan Mərkəzinin Tədbirlər Planına uyğun olaraq, Dövlət İmtahan Mərkəzi Elm və Təhsil Nazirliyi ilə birgə ümummilli lider Heydər Əliyevin 100 illik yubileyi münasibətilə “İlk Prezident təqaüdçüləri” layihəsinə təqdim edir.

DİM-dən Visiontv.az-a verilən xəbərə görə, Prezident təqaüdü təhsil sahəsində yüksək nailiyyətlər əldə etmiş tələbələrə dövlət qayğısını gücləndirmək, onların təhsil alması üçün daha əlverişli şəraitin yaradılmasını təmin etmək və təhsilə olan həvəslərini artırmaq məqsədilə Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin 3 sentyabr 2001-ci il tarixində imzalanan Fərmanı ilə təsis edilib. Həmin Fərmana uyğun olaraq ilk dəfə 2001/2002-ci tədris ilində qəbul imtahanlarında yüksək nəticə əldə etmiş 25 tələbəyə Prezident təqaüdünün verilməsi ilə bağlı Sərəncam imzalanıb.

Prezident təqaüdünün təsis edilməsi Respublika pedaqoji ictimaiyyəti tərəfindən sevinclə qarşılanmış, ən başlıcası isə ali məktəblərə hazırlaşan gənclərin arasında böyük ruh yüksəkliyi və sağlam yarış əhval-ruhiyyəsi yaratmışdır. Sonradan cənab Prezident İlham Əliyevin müvafiq Sərəncamları ilə təqaüdçülərin sayı və məbləği artırılıb.

Ulu öndər Heydər Əliyev təhsilimizin böyük qayğıkeşi olaraq, həmçinin hər il ali məktəbə yüksək balla daxil olan gənclərlə Prezident sarayında görüş keçirirdi. Heydər Əliyev yüksək nəticələrə görə tələbələri şəxsən təbrik edir, onlara xatirə hədiyyələri təqdim edir və təhsildə uğurlar arzulayırdı.

Dövlət İmtahan Mərkəzi Elm və Təhsil Nazirliyi ilə birgə layihə çərçivəsində 2001 və 2002-ci illərdə Prezident təqaüdünə layiq görülmüş şəxslərdən bəziləri ilə ünsiyyət saxlayıb onlardan ulu öndərimizlə keçirilən görüşü necə xatırladıqlarını, həmin görüşün təhsil və karyeralarındakı rolu, bir şəxsiyyət və dövlət xadimi kimi Heydər Əliyev haqqında düşüncələrini bildirməyi xahiş etmişik.

Beləliklə, “Heydər Əliyev İli” boyunca ilk Prezident təqaüdçüləri ilə silsilə videoçarxlar təqdim olunacaq.

Birinci müsahibimiz Azərbaycan Respublikası Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin şöbə müdiri, sədrin müşaviri Orxan Dəmirlidir.


Həkim - kardioloq Aysel İslamlı


Süni intellekt üzrə mütəxəssis Rauf Fətullayev


Filoloq Murad Seyidov


Dövlət Təhlükəsizliyi Xidmətinin baş idarə rəisi, ədliyyə general-mayoru Həsən Mansurov