Hərbi hissədə yanğın - Ətrafdakı sakinlər təxliyə edilir
24.06.2019

Qazaxıstanın cənubunda hərbi hissələrdən birində güclü yanğın başlayıb. Məlumata görə, bu səbəbdən hərbi hissəyə yaxın yaşayış məntəqəsindən sakinlər təxliyə edilir.

Məlumata görə, məntəqədə hərbi sursatlar yanır.

Qazaxıstan Daxili İşlər Nazirliyinin fövqəladə hallar üzrə komitəsinin rəsmi nümayəndəsi Nursultan Nurəhmədov sakinlərin Arısdan Şımkəndə təxliyə edildiyini qeyd edib.

Hazırda yanğının qarşısının alınması istiqamətində iş aparılır. Yanğının hansı səbəbdən baş verməsi hələ məlum deyil.