Hərbi balansın dəyişməsi ciddi məsələdir - Tofiq Zülfüqarov - VİDEO
18.09.2020

Suriyadan, Livandan və ya dünyanın istənilən yerindən muzdlular gətirsə belə, bunun Ermənistana heç bir xeyri olmayacaq. Çünki zaman o zaman deyil. İndi topların, uzaq mənzilli müasir döyüş vasitələrinin zamanıdır. Hansı ki, bu sahədə Ermənistanla bizi müqayisə etmək olmaz.

Visiontv.az xəbər verir ki, bunu sabiq Xarici İşlər naziri Tofiq Zülfüqarov AXC TV-yə müsahibəsində deyib.

O, ermənilərin Qarabağda məskunlaşdırma siyasətinə ciddi baxmağın tərəfdarı deyil.