Həmid Nəsirov “İdman hamı üçün” layihəsi çərçivəsində Bakıda “Atletika hamı üçün” tədbirinə qatılıb
14.06.2022

Gəncə Şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Həmid Nəsirov “İdman hamı üçün” layihəsi çərçivəsində Bakıda “Atletika hamı üçün” tədbirinə qatılıb.

Visiontv.az xəbər verir ki, açıq havada keçirilən nümunəvi İdman tədbirində Azərbaycan Respublikasının Gənclər və İdman naziri Fərid Qayıbov, nazir müavini Mariana Vasileva, nazirliyin məsul əməkdaşları, İdarə rəisləri, İdman fedederasiyalarının nümayəndələri iştirak ediblər. Tədbirə qoşulan 100-dən çox iştirakçı yerindən uzunluğa tullanma, tibbi topun atılması (uşaqlar 1 kq, qadınlar 2 kq, kişilər 3 kq), 30 metr məsafəyə qaçış proqramlarında öz qüvvələrini yoxlayıblar. Həmçinin uşaqlar “vorteks atışı”nda, ailələr isə estafet yarışında da özlərini sınayıblar. 

Əyləncəli idman tədbirinin təşkilində məqsəd, atletika idman növünün təbliği, idmana marağın artırılması, sağlam həyat tərzinə çağırış və asudə vaxtın səmərəli təşkilidir.