Hazırda Qarabağdakı bir qrup separatçılar Moskvaya üz tutub
Hazırda Qarabağdakı bir qrup separatçılar Moskvaya üz tutub
15.04.2022 Məhəmməd Əsədullazadə Tərəfindən

Avropa İttfaqının vasitəçiliyi ilə Brüsseldə keçirilən Azərbaycan və Ermənistan arasında danışıqlar müsbət nəticə verir.

Bu, Azərbaycanın diplomatik və siyasi uğurudur. Bu görüşün nəticəsi olaraq Ermənistan Baş naziri N. Paşinyan parlamentdə 30 ildir ki, ermeni cəmiyyəti və siyasi elitası üçün qəbul ediməyən ciddi mesajlar verməsi göstərir ki, Yerevan üçün əsas çıxış yolu Azərbaycanla normal əlaqələr qurmaq və Qarabağ iddialarından əl çəkməkdir.

Artıq Ermənistan Azərbaycanla Qarabağ məsələsini ərazi bütövlüyü çərçivəsində müzakirə edəcək. Demək olar ki, rəsmi Yerevan "status" məsələsindən geri çəkildi. "Artsax Respublikası" Ermənistan üçün bitdiyi vurğulandı. Ermənistan Beynəlxalq müstəvidə bu məsələni müzakirə etməyəcək.

Hazırda Qarabağdakı bir qrup separatçılar Moskvaya üz tutub. Rusiyanın bir qrup separatçılara görə Azərbaycan və Türkiyə ilə münasibətlərini gərginləşməsi Kreml üçün ağılsız olar. Və Moskvanın əleyhinə proseslər işləyə bilər. Rusiya da reallıqları qəbul etmək məcburiyyətindədir. Moskva Minsk qrupundakı nümayəndəsini Ermənistan və Azərbaycan arasında əlaqələr üzrə təyin etsə də proseslər Brüssellə davam edəcək. Moskvanın fəaliyyəti pozuculuq xarakterli olduğu üçün Bakı və Yerevan Moskvadan məsafəli davranacaq.

N. Paşinyanın Rusiya səfəri öncəsi parlamentdə çıxışı Moskvaya mesaj kimi xarakterizə etmək olar.  Məhz parlamentdə Rusiyanın Qarabağla bağlı təklif etdiyi  siyasətini Paşinyan qəbul etməyəcəyi anonsunu verdi.  Bundan sonra, Rusiya və Ermənistan arasında gərginlik yeni müstəviyə keçir. Təbi ki, Moskvanın təzyiqləri fiaskoya uğrayır. Azərbaycanla Ermənistanın  sülh bağlaması bu ölkənin Rusiyanın forpostu olmağından xilas edəcək. Bunu dolayı yolla N.Paşinyan cəmiyyətə ötürdü.

Qarabağdaki separatçılar üçün geri sayım başlayır. Onların Rusiyaya birləşməsi kimi çağırışları ciddi əhəmiyyət kəsb etmir və Azərbaycan Rusiyanın da Qarabağ planını pozur. Ermənistanla sülh müqaviləsi bağladıqdan sonra Xankəndində Azərbaycanın suverenliyi bərpa ediləcək. Arayik Arutunyan və onun ətrafında olan separatçılar yaxın müddətdə Qarabağı tərk etməsi istisna deyil.
Prezident İlham Əliyevin bu istiqamətdə siyasəti öz müsbət məntiqi ilə davam edir. Regionda yeni geosiyasi reallıqlar Azərbaycanın maraqlarına uyğun olaraq həyata keçirilir.

Siyasi şərhçi Məhəmməd Əsədullazadə

Visiontv.az