Hazırda cəbhdə baş verənlər "divanəlik" yox, hünərdir - deputat Sahib Alıyev
22.10.2020

Azərbaycan haqda indiyə qədər çox vaxt böhtan və şər dolu yazılar dərc edən ABŞ-ın “The Washington Post” və “Nyu York Times” qəzetləri baxın, cəbhədən nə yazırlar.

The Washington Post” dakı  məqalədə qeyd edilir ki,  çağdaş hərbi texnologiya, dronlar  “dondurulmuş münaqişələr”in düyününü qəfildən aça bildiyini, status- kvonu silkələmək fürsəti yaratdığını üzə çıxardı.

“Nyu York Times” isə cəbhədki vəziyyətin Azərbaycanın xeyrinə dəyişməsində hərbiçilərimizin böyük rol oynadığına diqqət yetirir. Qəzet  işğalçı ordunun Aleksanyan soyadlı əsgərinə dayanaraq bunu yazır: “O qədər sürətlidirlər ki, onlarla bacarmırıq.

Qorxmadığımızı deməyəcəm. Hamımız çox qorxuruq”. Daha bir əsgər- Tiqran Saakyan isə bildirir: “Vururuq, amma qaçmırlar. Robot kimidirlər, gəlməyə davam edirlər”.

Ölkəmizə yanaşmada  yuxarıda adları çəkilən iki nəşrdən elə də fərqlənməyən Böyük Britaniyanın “The İndependent”  qəzeti isə “ziddiyyətli fiqur” adlandırdığı Ermənistanın keçmiş rəhhbəri Serj Sarqsyandan intervü götürüb. Bir zamanlar  Xocalıdakı cəlladlıqlarıyla  öyünən Sarqsyan “The İndependent”ə hazırda cəbhədə baş verənləri "divanəlik" adlandırıb. Bu həmən yaramazdır ki, kameralar qarşısında işğal altındakı torpaqlarımızı qan tökərək aldıqlarını bildirir və bizə “əgər bacarırsınızsa, hünəriniz çatırsa, buyurub geri qaytarın” deyirdi.

Demək, hazırda cəbhdə baş verənlər "divanəlik" yox, hünərdir, Azərbaycan əsgərinin hünəridir! Və məhz bu hünərin nəticəsidir ki, Ermənistan Prezidenti Armen Sərkisyan NATO-ya dəstək üçün yalvarmağa gedəndə ABŞ-ın oradakı səfiri Key Beyli Hatçison hayların Azərbaycanın torpaq bütünlüyünə  hörmət etməli olduqlarını və onların  bizim suveren sərhdələrimiz çərçivəsində yaşamalarına çalışdılarını diqqətə çatdırdı. Yəni demək istəyirdi ki, hazırda Minsk qrupu həmsədrlərinin bütün səyləri ancaq   havadarlıq etdikləri hayların Qarabağın dağlıq hissəsində qalıb azərbaycanlılarla birgə yaşamalarına yönəlib, bundan artıq onlardan heç nə gözləməsinlər.

Visiontv.az