Hava yenidən pisləşəcək
14.01.2022

“Yanvarın 16-sı axşam saatlarında, 17-si gündüzədək ölkə ərazisindən növbəti soyuq atmosfer cəbhəsinin keçməsi proqnozlaşdırılır”.

Visiontv.az xəbər verir ki, bunu Milli Hidrometeorologiya Xidmətinin rəisi Umayra Tağıyeva bildirib.

O qeyd edib ki, bununla əlaqədar ölkə ərazisində yağıntılı hava şəraiti olacaq: “Prosesin intensivliyi haqqında daha dəqiq məlumat yaxın günlərdə veriləcək”.