Harri və Meqan Markl körpələri ilə birgə görüntülənərək-AÇIQLADILAR
09.05.2019

Harri və Meqan Markl körpələrinə qoyduqları adı açıqlayıblar

 Dünyaca məşhur cütluyün yeni görüntüləri yayılıb. 

 Böyük Britaniya şahzadəsi və Sasseks hersoqu, şahzadə Harri və Meqan Markl dünyaya yeni gəlmiş körpələrinə qoyduqları adı açıqlayıblar. Körpəyə Arçi Harrison Mauntbatten-Vindzor adı verilib.

Ötən gün isə cütlük Vindzorda fotosessiya zamanı ilk dəfə körpələrini ictimaiyyətə göstəriblər.

Xatırladaq ki, bu körpənin doğulması ilə Böyük Britaniya kraliçası II Yelizaveta səkkizinci dəfə ulu nənə olub.

Qeyd edək ki, şahzadə Harri və Meqan Markl ötən ilin mayında evlənib.