Hakan Fidanın Ermənistan siyasətində Mövlud Çavuşoğludan fərqli siyasət yürüdəcəyini zənn etmirəm
Hakan Fidanın Ermənistan siyasətində Mövlud Çavuşoğludan fərqli siyasət yürüdəcəyini zənn etmirəm
05.06.2023 Elxan Şahinoğlu Tərəfindən

Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan deyib ki, Türkiyə iki ölkə arasında münasibətlərin normallaşması prosesində ilkin şərt irəli sürməyib. Deyəsən erməni rəsmilər baş nazir Nikol Paşinyanın Rəcəb Tayyib Ərdoğanın andiçmə mərasiminə dəvət edilməsindən həvəsləniblər.

Halbuki, türkiyəli siyas xadimləri və diplomatları öldürən “Nemezis” terrorçu təşkilatına İrəvanın mərkəzində abidə qoyulmasından sonra Türkiyə Ermənistan təyyarələrinin hava sahəsindən uçuşuna qadağa qoydu və bunun səbəbini keçmiş xarici işlər naziri Mövlüd Çavuşoğlu aydın izah etdi: “Ermənistan hakimiyyəti bir tərəfdən Türkiyə ilə münasibətləri normallaşdırmaq istəyir, digər tərəfdən terrorçulara abidə qoyur”. Yeni xarici işlər naziri Hakan Fidanın Ermənistan siyasətində Mövlud Çavuşoğludan fərqli siyasət yürüdəcəyini zənn etmirəm. Ərdoğan Çavuşoğluna Ermənistanla bağlı hansı təlimatı vermişdisə, Fidana da eyni təlimatı verəcək. Ankara Ermənistanla münasibətləri normallaşdırmağa tələsməyəcək.

Elxan Şahinoğlu

visiontv.az