Gürcüstanda zəlzələ olub
21.04.2020

Gürcüstanın Kaxeti rayonunda 4.1 bal gücündə zəlzələ baş verib.

Visiontv.az-ın APA-ya istinadən verdiyi xəbərə görə, bu barədə Gürcüstan Milli Seysmoloji Monitorinq Mərkəzi məlumat yayıb. Bildirilib ki, yerli vaxtla 10:02-də baş vermiş zəlzələnin episentri rayonun Qurcani yaşayış məntəqəsinin yaxınlığında yerləşib. 

Dağıntı və tələfat barədə məlumat yoxdur.