24.010.2019
Axtar
Əxlaq-Din
alt

Gülərüzlü olmağın dünya və axirət bərəkətləri

Gülərüzlü olmaq - möminin sifətlərindən biridir. Bu güllərüzlülük həm zahirdə, həm batində və həm də rəftarda özünü büruzə verməlidir. Bəzən insan yaxınlarına və dostlarına üzünüt turşudur, ancaq cəmiyyətə çıxan zaman gülümsəməyə çalışır. (Tebyan)

İnsan o zaman ki, gülərüz olar, hamı ona qarşı rəğbət əldə edər və ondan çəkinməz. Ancaq insan o zaman ki, üzünü turşudar və mısmırığı yerlə gedər, insanlar ondan qaçarlar. Çünki bu sifət səmimi rabitə qurmağa imkan vermir.

Əgər insan İlahi rizanı qazanmaq niyyətilə, pak niyyətlə gülərüz olarsa, bu, həm də ibadət sayılar. İmam Əli (ə) buyurur: "Möminin şadlığı üzündədir, qəmi isə qəlbində".

VisionTv.az deyerler.org-a istinadən bildirir ki, Həzrət (ə) başqa yerdə buyurur: "İnsanlarla elə ünsiyyət qurun ki, əgər ölsəniz sizin üçün ağlasınlar. Əgər sağ qalsanız, sizə qarşı mehriban olsunlar".

Gülərüzlü olmaq Həzrət Peyğəmbərin (s) biz müsəlmanlara tövsiyəsidir. Həzrət (s) möminlərin gülərüzlə bir-birini qarşılamasını həmişə tövsiyə edərdi.

Gülərüzlü olmağın faydaları.

1. Məhəbbəti artırar. İnsanın başqaları tərəfindən sevilməsinin və rəğbətlə qarşılanmasının amillərindən biri də gülərüzlü olmaqdır. Dostların qəlbini əldə etməyin və anlaşılmamazlıqları onların ürəyindən çıxartmağın ən yaxşı yolu gülərüzlü olmaqdır.

İmam Əli (ə) buyurur: "Gülərüzlülük - dostluq tələsidir".

İmam Baqir (ə) buyurur: "Gülərüzlü olmaq - məhəbbətin döyüş meydanıdır".

İmam Əli (ə) buyurur: "Gülərüzlülük xəlqin dostluğuna bais olar".

2. Neməti qalıcı edər. Qıəlblərdə kin və küdurəti aparan amillərdən biri də gülərüzlü olmaqdır. Peyğəmbərimiz (s) kini müalicə etməyin yolunu gülərüzlülükdə bilmişdir. Həzrətin (s) buyurduğuna görə, gülərüzlü olmaq insanların qəlbini cəlb edər və neməti davamlı edər. Həmçinin İmam Əli (ə) də insanların qəlbində olan kini müalicə etməyin yolunu onlarla gülərüzlə rəftar etməkdə görmüşdür.

3. Yaxşı aqibət. İnsanlarla görüşən zaman gülərüzlü olmaq həm dünya faydaları gətirər, həm də axirət. Dünyada xoşluq, məhəbbət və dostluğu hədiyyə edər. Axirətdə isə yaxşı aqibətli olmağı. Peyğəmbərimiz (s) buyurur: "Qardaşınla gülərüzlə qarşılaş, üzü yığılmış halda deyil. Çünki səni dünya və axirət bəhrəsindən saxlayar".

4. Allaha yaxınlaşmaq üçün zəminə yaradar. Gülərüz insan Allaha yaxın insandır. İmam Sadiq (ə) buyurur: "Gülərüzlü olmaq - məhəbbətin döyüş meydanı və Allaha yaxınlaşmaqdır. Üzünü turşutmaq isə kinin döyüş meydanı və Allahdan uzaq olmaqdır".

Şərh