Göyçayda 2 nəfərin öldüyü qəza ilə bağlı RƏSMİ MƏLUMAT
04.05.2020

Daxili İşlər Nazirliyi Göyçay rayonunda baş verən ağır yol qəzası ilə bağlı məlumat yayıb.

Nazirliyin mətbuat xidmətindən Visiontv.az-a verilən məlumata görə, mayın 2-də saat 18 radələrində Göyçay rayonunun Cəyirli kəndi ərazisində rayon sakinləri R.Abdullayevin idarə etdiyi “Daewoo” və Ələkbər Babayevin idarə etdiyi “VAZ-21011” markalı avtomobillər toqquşub.

Nəticədə Ə.Babayev hadisə yerində, sərnişini Aqşin Allahverdiyev isə xəstəxanada ölüb.

Göyçay rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.