“Google” ikimərhələli autentifikasiyanı standart edəcək
12.05.2021

"Google" şirkəti ikimərhələli autentifikasiyanı bütün hesablar üçün başlanğıc ayar kimi aktivləşdirəcək. Bildiriş SMS-lə göndərilməyəcək, çünki tədqiqatçılar onların asanlıqla ələ keçirilməsini bildiriblər. Google" şirkəti istifadəçi hesablarının təhlükəsizliyinin artırılması planları haqqında danışıb: gələcəkdə ikimərhələli autentifikasiya başlanğıc ayar kimi aktiv ediləcək.

Bu funksiyanın aktivləşdirilməsindən sonra istifadəçilərin smartfonuna "Google" hesabına giriş cəhdinin qanuni olması ilə bağlı təsdiqetmə sorğusu göndəriləcək. "Sistemə giriş üçün mobil qurğudan istifadə etmək şifrədən daha təhlükəsizdir – "Google"da məhsulların idarəetməsi üzrə böyük direktor Mark Rişer bildirib. Eyni zamanda telefonda bildirişlər asanlıqla ələ keçirilə bilən SMS-lərdən daha təhlükəsizdir".

Standart ikimərhələli autentifikasiya istifadəçi üçün uyğun deyilsə, onda o, təhlükəsizlik açarından ("YubiKey" mobil tətbiqindən və ya "Google"dan Titan) istifadə edə bilər.