Gömrükdə 306 min dollarlıq "Ferrari" buldozerlə PARÇALANDI - FOTO
24.07.2019

Filippinin paytaxtı Manilada Gömrük orqanlarının bu il ələ keçirdiyi təxminən 306 min dollar dəyərində olan "Ferrari" markalı avtomobili və bir neçə min qutu siqaret idarə əməkdaşları tərəfindən məhv edilib.

VisionTV.az  avtosfer.az-a istinadən xəbər verir ki, gömrük rəsmiləri alıcı şirkət olan "Camama Auto Hub"ın "Ferrari"ni ölkəyə hissələr şəkilində qanunsuz olaraq may ayında gətirdiyini deyiblər.

Bildirilir ki, "Ferrari" ölkə ərazisinə keçirilməzdən qabaq hissələrə ayrılıb - əvvəlcə mühərriki sonra da 2 qapısı.

Gömrük İdarəsinin avtoparkına gətirilən "Ferrari" buldozerin köməkliyi ilə parçalanıb.

Həmçinin siqaret istehsal edən maşın və siqaretlər də məhv edilib. 
Gömrükdə 306 min dollarlıq "Ferrari" buldozerlə PARÇALANDI - FOTOGömrükdə 306 min dollarlıq "Ferrari" buldozerlə PARÇALANDI - FOTOGömrükdə 306 min dollarlıq "Ferrari" buldozerlə PARÇALANDI - FOTO