General Rövşən Əkbərov məhkəmədən bəraət istəyib
27.10.2021

Qəsdən adam öldürməkdə təqsirləndirilən sabiq birlik komandiri, general-leytenant Rövşən Əkbərovun cinayət işi üzrə məhkəmə prosesi keçirilir.

Visiontv.az xəbər verir ki, Bakı Hərbi Məhkəməsində hakim Həbib Həsənovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin vəkili müdafiə çıxışı edib. Vəkil Rüstəm Zülfüqarov çıxışında müdafiə etdiyi Rövşən Əkbərovun cinayət işi ilə əlaqəsi olmadığını bildirərək ona məhkəmədən bəraət istəyib.