Gəncədəki Rus Pravoslav kilsəsində ermənilərin raket zərbələrinin qurbanı olmuş şəhər sakinlərini anma mərasimi keçirilir
14.10.2020

Gəncədəki Aleksandr Nevski Rus Pravoslav kilsəsində Ermənistan ordusunun oktyabrın 11-də törətdiyi terror aktlı nəticəsində həlak olmuş dinc sakinləri anma mərasimi keçirilir.

Visiontv.az-ın APA-ya istinadən verdiyi xəbərə görə, mərasimdə həlak olanların ruhuna dualar oxunub. Kilsənin keşişi Denis Sotnikov Azərbaycan şəhidlərinin ruhuna dualar oxuyub, Azərbaycan Ordusuna qalibiyyət arzulayıb.

Qeyd edək ki, bu il oktyabrın 11-də Ermənistan ordusu Gəncə şəhərinin mərkəzində çoxmənzilli yaşayış binalarını raket atəşinə tutub. Nəticədə 10 dinc sakin həlak olub, 40-dək şəxs yaralanıb. Hadisə nəticəsində 3 azyaşlı hər iki valideynini itirib.

Gəncənin raket atəşinə tutulması nəticəsində Aleksandr Nevski Rus Pravoslav kilsəsinə də ziyan dəyib.