Gəncədə xüsusi karantin rejimi ilə əlaqədar növbəti reyd keçirilib - FOTOLENT
14.05.2020

Gəncədə koronavirus (COVİD-19) infeksiyasının qarşısının alınması istiqamətində həyata keçirilən tədbirlər davam etdirilir. Gəncə Şəhər İcra Hakimiyyətinin rəsmiləri Baş Polis İdarəsinin əməkdaşları ilə birlikdə növbəti dəfə reyd keçiriblər. Reyd Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramovun müvafiq tapşırığına əsasən reallaşıb.

Visiontv.az xəbər verir ki, reyddə Gəncə Şəhər İcra Hakimiyyəti başçısının birinci müavini Səməd Tomuyev, Təsərrüfat işləri üzrə müavin səlahiyyətlərini icra edən Kamran Məhərrəmov və Gəncə Şəhər Baş Polis İdarəsinin rais müsvini Oktay Süleymanlı iştirak edib. Şəhər rəsminləri iri market, mağaza və apteklərə baş çəkib, bazarlarda olublar. Sözügedən məkanlarda xüsusi karantin rejiminin tələblərinə hansı səviyyədə əməl edildiyi ilə maraqlanıb, satıcı və alıcılarla profilaktik söhbət aparıblar.

Reyd zamanı sakinlərlə də maarifləndirici söhbət aparılıb, xüsusi karantin rejimi qaydalarına əməl edilməsinin vacibliyi bir daha vurğulanıb. Bank və ATM-lərin qarşısında dayanan vətəndaşlara növbə zamanı 2 metrlik sosial məsafəsinin gözlənilməsinin vacibliyi bir daha xatırladılıb. Şəhərdə müvafiq qrafik üzrə aparılan dezinfeksiya işləri ilə tanış olan rəsmilər, işlərin gedişatı ilə bağlı öz tövsiyyələrini veriblər.

İctimai nəqliyyat vasitələrinin sürücüləri və sərnişinlərlə söhbət aparılıb. Tibbi maskalardan, həmçinin həmin ictimai nəqliyyat vasitələrində quraşdırılmış dezinfeksiyaedici avadanlıqlardan istifadənin zəruriliyi vurğulanıb. Sakinlərə tibbi maskalar da paylanılıb. Reyd zamanı xüsusi karantin rejimi qaydalarını pozan sakinlər barəsində qanunamüvafiq formada tədbir görülüb. Qeyd edək ki, xüsusi karantin rejimi ilə əlaqədar keçirilən reydlər bundan sonar da davam etdiriləcək.

Binnət İsmayılov - GƏNCƏ