Gəncədə karantin rejimini belə pozdular - FOTOLENT
12.05.2020

Gəncədə karantin rejimini pozan iaşə obyektləri aşkarlanıb.

Visiontv.az-ın verdiyi xəbərə görə, Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən qəbul edilən xüsusi karantin rejim qaydalarının təmin olunması istiqamətində Gəncə Şəhər Baş Polis İdarəsinin və onun tabeli orqanlarının  əməkdaşları tədbirləri davam etdirir.

BPİ-nin əməkdaşlarının xüsusi karantin rejimin tələblərinin yerinə yetirilməsinə nəzarət məqsədilə keçirdikləri reyd zamanı bir neçə obyektin işçilərinin xüsusi icazəsinin olmaması, gigiyenik vasitələrdən o cümlədən tibbi masklaradan və əlcəklərdən istifadə etməməsi aşkarlanıb. Bundan başqa reyd zamanı Sərxan Hüseynova məxsus obyektin sanitar-texniki və sanitar-gigiyenik tələblərin pozması aşkar olunub.

Aşkar olunan faktlar barədə qanunamüvafiq tədbirlər görülüb.

Binnət İsmayılov - GƏNCƏ