Gəncədə həyatını itirənlərin ah-naləsi yerdə qalmayacaq-Hikmət Hacıyev
17.10.2020

“Mənfur düşmən döyüş meydanında olan zəifliyinin, qorxaqlığının xaincəsinə qisasını mülki insanlardan alır”.

APA-nın məlumatına görə, Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev diplomatik korpusun nümayəndələrinin Gəncəyə səfəri zamanı çıxışında bildirib.

O qeyd edib ki, bir həftə öncə də Ermənistan silahlı qüvvələri Azərbaycan ikinci böyük şəhəri olan Gəncəyə xaincəsinə hücum həyata keçirmişdi: “Onlar raketlərdən, SCAD raketindən istifadə edirlər. Bu dəfə də çox böyük dağıntı gücünə malik olan SCAD raketlərindən istifadə edirlər. Onlar insanlar arasında qırğına səbəb olmaq, sanki Gəncə insanları arasında, ölkəmizin vətəndaşları sırasında təftiş, təşviş yaratmaq kimi məqsədlər güdürlər. Amma onlar heç zaman məqsədlərinə nail ola bilməyəcəklər. Azərbaycan xalqı əzmlidir. Əzmimiz ondan ibarətdir ki, Ali Baş Komandanın rəhbərliyi altında Azərbaycan torpaqları işğaldan azad edilsin. Onlar bu mənfur cinayətləri gizlətmək üçün, beynəlxalq ictimaiyyəti aldatmaq, yalan, dezinformasiya, təbliğat kimi məlumat yaymaqdadırlar.

visiontv.az