Gəncədə ermənilərin raket hücumuna məruz qalan 2 məktəbin qiymətləndirilməsi aparılır
21.01.2022

“Gəncə şəhərində 9 və 11 nömrəli məktəblərin qiymətləndirilməsi aparılır”.

Visiontv.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında təhsil nazirinin müavini Muxtar Məmmədov deyib. O bildirib ki, 44 günlük Vətən müharibəsi zamanı Ermənistan tərəfindən Gəncə şəhərində mülki əhaliyə qarşı raket zərbələri endirilib: “Bu zaman təhsil infrastrukturuna da ciddi ziyan dəyib. Müvafiq qurumlarla birlikdə onların qiymətləndirilməsi aparılır. Çünki burada yalnız təhsil infrastrukturuna ziyan dəyməyib. Dövlət proqramı çərçivəsində növbəti ilin büdcəsində həmin məktəblər də nəzərə alınacaq”.