Gəncədə ağır qəza - 1 nəfər öldü, 3-ü yaralandı - YENİLƏNİB
17.01.2020

Gəncə şəhərində ölümlə nətcələnən yol nəqliyyat hadisəsi qeydə alınıb.

Visiontv.az-ın verdiyi xəbərə görə, hadisə nəticəsində 2004-cü il təvəllüdlü Şahin Hacıyev yerində dünyasını dəyişib.

Daha 3 nəfər isə xəsarət alıb. Yaralılardan ikisinin vəziyyəti qənaətbəxş olsa da, 2003-cü il təvəllüdlü Hüseyn Yunislinin vəziyyəti ağırdır.

O, Gəncədəki özəl xəstəxanalardan birinə aparılıb.

Faktla bağlı araşdırma aparılır.

***16:08

Gəncə şəhərində ölümlə nətcələnən yol nəqliyyat hadisəsi qeydə alınıb.

Hadisə nəticəsində bir nəfər hadisə yerində ölüb, 3 nəfər xəsarət alıb.

Yaralılardan ikisinin vəziyyəti qənaətbəxş olsada bir nəfərin vəziyyəti ağırdır.

O Gəncədəki özəl xəstəxanalardan birinə aparılıb.

Qəzaya səbəb "VAZ" markalı avtomobilin ağaca çırpılmaısıdır.

Faktla bağlı araşdırma aparılır.

BAKU.WS