Gəncədə 60 yaşlı kişi dərmandan zəhərlənib
09.12.2019

Gəncədə zəhərlənmə hadisəsi baş verib.

Visiontv.az-ın APA-ya istinadən verdiyi xəbərə görə, şəhərin İ. Əfəndiyev küçəsində yaşayan 1959-cu il təvəllüdlü Məzahirli Məzahir hüşsuz vəziyyətə xəstəxanaya yerləşdirilib. 60 yaşlı kişinin dərmandan zəhərləndiyi bildirilir. Onun vəziyyəti orta ağırdır.

Hadisə ilə bağlı polisə məlumat verilib.

 

Faktla bağlı araşdırma aparılır.