Gəncə terrorundan 2 il keçir: Bu dəhşətləri ilk növbədə Azərbaycanı "təcavüzkar" hesab edən zatıqırıqlarımızın gözünə soxmaq lazımdır.
Gəncə terrorundan 2 il keçir: Bu dəhşətləri ilk növbədə Azərbaycanı "təcavüzkar" hesab edən zatıqırıqlarımızın gözünə soxmaq lazımdır.
04.10.2022 Bəybala Mirzəyev Tərəfindən

Bu, İkinci Qarabağ müharibəsi dövründə Gəncə şəhərinin Ermənistan silahlı qüvvələri tərəfindən ilk raket hücumuna məruz qaldığı gün idi.

Həmin raketlər Azərbaycanın ikinci ən böyük şəhərində dinc sakinlərin yaşadığı ikimərtəbəli binaya, həmçinin fərdi yaşayış evlərinə düşüb. Nəticədə 1 mülki şəxs - Əliyev Tunar Qoşqar oğlu şəhid olub, 32 mülki şəxs isə yaralanıb.

Əfsuslar olsun ki, biz həmin vaxt bu dəhşətli bombardmanı indi ermənilərin ortaya atdığı, guya, Azərbaycan hərbçilərinin əsir götürülmüş erməni hərbçiləri güllələməsi ilə bağlı saxta video qədər piar edib dünyanın gözünə soxmadıq.

Biz bu cür halları qabartmadıqca və 30 il ərzində erməni işğalı nəticəsində Azərbaycana dəymiş maddi və mənəvi ziyana görə Ermənistandan təzminat tələb etmədikcə, ermənilər daha da həyasızlaşacaq və dövriyyəyə buraxdıqları feyk "xəbər"lərlə, saxta videolarla suyu bulandırmağa, dünyanı üzərimizə qaldırmağa davam edəcəklər.

Həmçinin Gəncə bombardmanının dəhşətlərini ilk növbədə öz "humanist"lərimizin, "sülhsevər"lərimizin, Azərbaycanı "təcavüzkar" hesab edən zatıqırıqlarımızın gözünə soxmaq lazımdır.

Bəybala Mirzəyev

visiontv.az