Gəncə İdman Klubu xeyriyyə aksiyasına start verdi
10.04.2020

#evdəqal kampaniyası çərçivəsində Gəncə İdman Klubu Gəncə şəhərində yaşayan aztəminatlı ailələr üçün ərzaq sovqatı paylanması aksiyası təşkil edir. Mövcud vəziyyətlə əlaqədar olaraq Gəncə İdman Klubunun üzvləri həmvətənlərimizə dəstək olmaq istəyən bütün imkanlı şəxslərə çağırış edir.

Visiontv.az-ın verdiyi xəbərə görə, aksiyada könüllü iştirak etmək istəyən bütün sahibkarlar və imkanlı şəxslər 070 205 05 06 nömrəsi ilə əlaqə saxlaya bilər.

Evdə qalsaq da xeyirxahlıqdan qalmayaq!

Hesab nömrəsi: 53104637313711 87

E-mail: gence-idman-klubu@mail.ru 

Əlaqə nömrəsi: 070 205 05 06