"Gənc katibə saxlayıb, indi də sosial şəbəkədən gənc qızlara əxlaqsız təklif edir" - VİDEO
09.10.2019

Teletənqidçi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Elçin Əlibəyli özünün "El bizim, sirr bizim" proqramının növbəti mövzusunu sosial şəbəkə əxlaqsızlarına həsr edib.

VisionTV.az  
xəbər verir ki, Əlibəyli cavanlığında küçədə qızlara sataşıb, vəzifədə olanda cavan katibələr üçün divan saxlayanlar, qocalıb sosial şəbəkədə qızlara yazan şərəfsizlərdən olduqca sərt danışıb:

"İş adamları bircə prinsiplə işləyir; gözəl və xeyirə-şərə yarayan olsun. Nə qabiliyyət, nə intellekt, nə dünyagörünüş, heç biri rol oynamır. Meyarlar dəyişib, sanki biz hamımız çox ciddi aclıq vəziyyətindəyik və bu aclıq əxlaqsızlıq zəmininə çevrilib.

Həqiqətən də artıq yaxşını pisdən seçmək olmur. Nə vaxta qədər ki, biz işəgötürmə prinsipində yaş və cins məhdudiyyəti qoyacağıqsa, nə vaxta qədər ki, insanın görünüşünə qiymət verib, onun zəkasını, dünyagörüşünü heçə sayacağıqsa, demək bizim əxlaqımızda problem var. Bizim əxlaqımızda çox ciddi problemlər var və bu problemlər orta məktəbdən başlayır. Hələ orta məktəbdən bizi çox şeylərə, çox pis vərdişlərə öyrədirlər.
Əgər balacaykən pis idiksə, böyüyüb necə yaxşı olarıq?



Şair məhəbbətinə gəldikdə isə, mən yer üzündə heç bir şairi məhəbbətə görə qınaya bilmərəm. Mümkün deyil. Bunun minlərlə misalını çəkmək olar. Mənim yadımda qalan ən maraqlısı Boris Posternakla bağlı olan hadisədir. Buna görə nə ədəbiyyat, nə ədəbi camiyə, nə ictimaiyyət onları qınamayıb və qınamayacaq da. Çünki onlarda ülvi hissdir. Onlarda tamam başqa bir qatlardır ki, o hamımızın anlamadığı bir yerdir. Həqiqətən biz onu anlamırıq. Şəxsən mən anlamıram. Bunu şüurlu şəkildə anlamaq mümkün deyil. Bu prosesin şüurlu izahı yoxdur.

Amma keçmiş JEK müdirlərinin, keçmiş trest rəhbərlərinin sonradan şair olub sosial şəbəkəyə daraşıb, gənc qızlara əxlaqsız təkliflər edən, əxlaqsız yazılar yazan, əxlaqsızlığı yayanlar, bax onlar qara yaradır! Onlarla heç övladları da, həyat yoldaşları da bacarmır. 

Cavanlığında küçədə qızlara sataşıb, vəzifədə olanda kabinetində divan qoyub gənc katibə saxlayıb, indi də sosial şəbəkədən gənc qızlara nələrsə yazır. Şərəfsizin cavanı, qocası olmur, elə şərəfsiz olur. Çalışaq şərəfimizi qoruyaq!"(baku.ws)