Gəlib bığlarını kəsərəm - Qasparyan
28.02.2021

Ermənistan Baş Qərargahının son açıqlaması rəsmiləri, xüsusən də Baş nazir Nikol Paşinyanı şok vəziyyətinə salıb. Yalnız parlamentin Müdafiə və milli təhlükəsizlik komitəsinin sədri Andranik Köçəryan özünü hakim komandada sərt bir adam kimi göstərməyə çalışır. Hökumətdəki mənbələrə görə, Andranik Köçəryan öz mövqeyini gücləndirmək və Paşinyana guya çətin vəziyyətlərdə doğru həll yollarını tapa biləcəyini göstərmək istəyir.

Visiontv.az Moderator.az-a istinadla xəbər verir ki, Vətəndaş Müqaviləsi Partiyasının bir toplantısı zamanı ordu ilə necə danışıqlar aparılması müzakirə edilərkən Andranik Köçəryan əvvəllər müdafiə nazirinin müavini vəzifəsini tutduğu üçün hərbçilərlə danışıqlar apara biləcəyini söyləyib. Nəticədə A.Köçəryan Baş Qərargah rəisi Onik Qasparyana zəng edib və onunla sərt danışmaq istəyəndə Baş Qərargah rəhbərinin reaksiyası çox sərt olub.

“Qulaq as, Ando, indi mən gəlib sənin bığlarını kəsərəm, çiyələk ləzzətli Ando olarsan”, - deyə Onik Qasparyan A.Köçəryanı yerində oturdub.